Haqqımızda

ŞİRKƏTİMİZ HAQQINDA

TECHNOAK" MMC 2006- cı ildə ələk toru istehsalına başlamışdır. Zaman keçdikcə bu istehsalın kifayət etmədiyini anlayan "TECHNOAK" QRUP rulon istehsalına başlamışdır. Qısa müddət ərzində “TECHNOAK” MMC ələk şəbəkəsi və rulon istehsalçıları sahəsində yüksək keyfiyyətli xidmət göstərən ən yaxşı şirkətlərdən birinə çevrildi. Sürətlə inkişaf edən Azərbaycan Respublikasının dinamik və gənc şirkəti olan “TECHNOAK” MMC hüquqi və etik dəyərlərə riayət edir və fəaliyyətini yüksək standartlar əsasında həyata keçirir.

2012- ci ildə Türkiyənin məşhur lent firması "DERBY" və 2014- cü ildə İranın çuqun və polad hissələri istehsal edən “Behriz Fooladan” fabriki ilə onların Azərbaycanda yeganə satış təmsilçisi olaraq müqavilə imzaladıq.

HƏDƏFLƏRİMİZ

Technoak MMC şirkəti olaraq əsas hədəfimiz müştəri məmnuniyyətini 100%-ə çıxarmaq,yeni müştəri sayımızı gündən-günə artırmaq,geri qaytarma nisbətini 0%-də saxlamaqdır. Hər keçən gün işimizin keyfiyyətini artıraraq müştərilərimiz ilə yanaşı xarici bazarda da tanınmaq və istehsal etdiyimiz məhsulların xarici bazara çıxarılmasını təmin etməkdir.

MİSSİYAMIZ

Missiyamız müştərilərimizin gözləntilərindən daha yüksək səviyyədə xidmət və keyfiyyət təqdim etməkdir

ƏSAS DƏYƏRLƏRİMİZ

Technoak MMC olaraq sizə etibarlı,güvənli,dürüst və dəyərlərə önəm verən əməkdaşlıq təklif edirik. İstehsal sahəmizi gündən-günə inkişaf etdirərək ölkəmizin iqtisadiyyatına qatqılarımızın olması üçün daha da canla-başla çalışırıq

XİDMƏTLƏRİMİZ

TEXNİKİ SERVİS

LAYİHƏLƏNDİRMƏ

Qırma-ələmə-yuma zavodunun qurulması

MÜXTƏLİF növ konveyorların qurulması

HƏR NÖV ANALİZDƏ METAL TÖKÜM HİSSƏLƏRİNİN İSTEHSALI

BARABAN ÜZLƏNMƏSİ