ÜZƏRİ REZİNLİ RULO

ÜZƏRİ REZİNLİ RULO

*Rezin üzlüklü zərbə rulolar*
Zərbə ruloları rezin üzüklərlə təchiz edilmişdir ki, bu da amortizator səthini təşkil edir.Rezin üzlüklü konveyer ruloları lentin aşınmasını azaltmağa və onun istifadə müddətini uzatmağa xidmət edir. Rezin üzlüklü rulolar, hazır məhsul və materialları yükləyərkən zərbələri yumşaltmaq və yatağın vaxtından əvvəl sıradan çıxmasının qarşısını almaq üçün lent konveyerinə quraşdırılır.
Avadanlığın xidmət müddəti və onun etibarlılığı ruloların keyfiyyəti ilə birbaşa mütənasibdir.Buna görə də, konveyer rulolarını satın almadan əvvəl, konveyerin xidmət müddətinə,enerji istehlakına,iş şəraitinə diqqət yetirilməlidir. Müxtəlif formalı və diametrli üzlüklü ruloların həmçinin müxtəlif variantlarını istehsal etmək imkanımız var.Ruloda üzüklərin yeri müştərinin tələblərinə uyğun olaraq tam rezin örtük və ya qismən rezinli istehsal edilə bilər.